Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir T. Cəfərov/
Bazar ertəsi Tehran birjasında 375 milyon səhmin satışı həyata keçirilib. Bu barədə Trend İranın IRNA agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, səhmlərin satış qiyməti 135 milyon dollar təşkil edib ki, bu da birja indeksinin 480 vahid və ya 2 faiz artaraq 25 023 vahidə çatmasına səbəb olub.
Telekommunikasiya şirkəti 97 vahid, İsfahan polad zavodu "Fulad Mübarəkə" 57 vahid, "Çadrməlu" sənaye və mədənlər şirkəti 36 vahid, "Məpna" konsorsiumu 27 vahid və "Gol-e Gohər" şirkəti 26 vahidlə indeksin artımına daha çox təsir ediblər.
İndeks |
4 aprel |
3 aprel |
Dəyişiklik |
|
Vahid |
Faiz |
|||
TEDPIX 1 |
25,023 |
24,543 |
480 |
2.0 |
TEDPIX2(FM) |
21,108 |
20,687 |
421 |
2.0 |
TEDPIX3(SM) |
31,487 |
31,022 |
465 |
1.5 |
FFA Index 4 |
31,521 |
30,956 |
565 |
1.8 |
1. Qiymət və dividend
2. Qiymət və dividend ilkin bazarda
3. Qiymət və dividend təkrar bazarda
4. Dəqiqləşdirilmiş indeks free-float