...

Belarus Azərbaycan ilə investisiyaların təşviqi haqqında sazişi təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 19:31 (UTC +04:00)
Çərşənbə günü Nümayəndələr Palatası yaz sessiyasının iclasında Belarus və Azərbaycan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi təsdiq edib.
Belarus Azərbaycan ilə investisiyaların təşviqi haqqında sazişi təsdiq edib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Çərşənbə günü Nümayəndələr Palatası yaz sessiyasının iclasında Belarus və Azərbaycan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi təsdiq edib.

"Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı Belarus üçün xeyli maraq doğurur", - xarici işlər nazirinin birinci müavini İqor Petrişenko qanun layihəsini ratifikasiyaya təqdim edən zaman eyib.

Onun sözlərinə görə, sazişin qüvvəyə minməsi "investisiya sahəsində ikitərəfli münasibətlərin effektiv hüquqi əsasını yaradacaq, kapital qoyuluşlarının qarşılıqlı zəmanətini möhkəmləndirəcək".

Qarşılıqlı investisiyaların indiki həcmini qiymətləndirən nazir müavini qeyd edib ki, hələ ki "məbləğ o qədər də yüksək deyil" - 1,5 milyon dollara yaxın, 280 min dollara yaxın - birgə müəssisələrin nizamnamə kapitalına qoyuluşlar və 1,245 milyon dollara yaxın borc, kredit və s. şəkildə investisiya edilib. Lakin Petrişenko əmindir ki, Belarus və Azərbaycan investisiyaların həcminin genişləndirilməsi üzrə yaxşı perspektivlərə malikdirlər. Bunun üçün əsaslardan biri - Azərbaycan ərazisində işləyən yığım müəssisəsidir. Orada ötən il iki min traktor və min MAZ buraxılıb.

XİN-in məlumatına görə, Azərbaycan sazişin qüvvəyə minməsi üçün lazım olan dövlətdaxili prosedurları artıq yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti