...

Azərbaycan Turizm Nazirliyi işğal olunmuş ərazilərdə toponimlərin dəyişdirilməsinin qarşısını almaq üzrə fəaliyyət göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 19:14 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə toponimlərin dəyişdirilməsinin qarşısının alınmasına yönələn fəaliyyət göstərir.
Azərbaycan Turizm Nazirliyi işğal olunmuş ərazilərdə toponimlərin dəyişdirilməsinin qarşısını almaq üzrə fəaliyyət göstərir

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Ermənistanın işğal etdiyi ərazilərdə toponimlərin dəyişdirilməsinin qarşısının alınmasına yönələn fəaliyyət göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlik Aparatının rəhbəri Firudin Qurbanov GoMap.az turizm onlayn portalı çərçivəsində aparılan araşdırmalara həsr edilən mətbaut konfransında deyib.

"Xəritədə işğal olunmuş ərazilərin işğaldan əvvəlki və sonrakı təsvirləri yerləşdiriləcək", - Qurbanov bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Turizm Nazirliyi ölkə əhalisinə GoMap.az komandasına sonradan onların elektron xəritədə yerləşdirilməsi məqsədilə Şuşa və digər işğal olunmuş şəhərlərin fotoşəkillərini təqdim etmək xahişi ilə müraciət edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Qurbanovun sözlərinə görə, hər ay 5 mindən çox internet istifadəçisi GoMap.az portalından istifadə edir.

"Milli elektron turizm naviqasiya sisteminin elektron xəritəsi 60 min maraqlı yeri, 70 şəhəri, 4530 yaşayış məntəqəsini, 3300 tarixi və mədəniyyət abidəsini, 670 000 bina və tikilini, 43 min kilometr yolu (yol hərəkəti qaydaları və yol işarələri daxil olmaqla), 23 770 kilometr meşə və yaşıl zonaları və s. əhatə edir. GoMap.az saytında hələ də Azərbaycanın elektron xəritəsi üzərində iş aparılır", - Qurbanov bildirib.

GoMap.az turizm onlayn portalının "Milli elektron turizm naviqasiya sistemi" Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SINAM şirkəti tərəfindən "Turizm məqsədli coğrafi informasiya və naviqasiya sistemi" layihəsi çərçivəsində yaradılıb.

Xəbər lenti

Xəbər lenti