...

Azərbaycanın nəqliyyat və gömrük qurumları yüklərin elektron elan edilməsi sisteminin tətbiqini müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 16:04 (UTC +04:00)
Azərbaycanın nəqliyyat və gömrük qurumları yüklərin elektron elan edilməsi sisteminin tətbiqi çərçivəsində araşdırmalar aparırlar.
Azərbaycanın nəqliyyat və gömrük qurumları yüklərin elektron elan edilməsi sisteminin tətbiqini müzakirə edirlər

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın nəqliyyat və gömrük qurumları yüklərin elektron elan edilməsi sisteminin tətbiqi çərçivəsində araşdırmalar aparırlar. Trend-in məlumatına görə, bu barədə cümə günü TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev deyib.

Yüklərin eln edilməsi sistemi Azərbaycanın bütün ərazisini əhatə edəcək, xüsusilə də TRACECA dəhlizi çərçivəsində daşımalara aid olacaq.

Mustafayevin sözlərinə görə, Azərbaycanda yüklərin elektron elan edilməsi sisteminin tətbiqi "Elektron hökumət" dövlət proqramı çərçivəsində həyata keçiriləcək.

"Bu sistem Qərb ölkələrində kifayət qədər çoxdan istifadə olunur və gömrük buraxılış məntəqələrində yüklər, onun nomenklaturası və həcmi barədə ilkin məlumatın verilməsini nəzərdə tutur. Bu isə yüklərin sərhədlərdən keçməsi müddətini azaltmağa imkan verir", - o qeyd edib.

Bir il ərzində TRACECA nəqliyyat dəhlizinin ayrı-ayrı seqmentləri çərçivəsində yükdaşımaların həcmi 85 milyon ton təşkil edir. Mərkəzi seqment çərçivəsində tranzit yüklərin həcmi 11 milyon tondan çoxdur. Bunun 90 faizdən çoxu maye neft yüklərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti