...

Azərbaycanda əlverişsiz hava şəraiti kənd təsərrüfatı mallarının qiymətlərinə təsir göstərməyəcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2011 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Axundov/

Son günlər Azərbaycanda müşahidə edilə əlverişsiz hava şəraiti ölkədə kənd təsərrüfatı mallarının qiymətlərinin artması üçün əsas deyil. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Təəssüf ki, bu il hava qeyri-sabit keçib, iyunun ortalarında güclü yağışlar və dolu yağıb, bu isə Azərbaycan iqlimi üçün xarakterik deyil. Bu, ölkədə kənd təsərrüfatı sahələrinə təsir göstərib", - Abasov qeyd edib.

Onun sözlərinə görə, indi ziyanın konkret məbləğini demək çətindir, nazirlik əməkdaşları tərəfindən hesablamalar aparılır.

"Taxıl bitkiləri əkilmiş 40 min hektar əraziyə ziyan dəyib. Havanın qeyri-sabit keçməsi meyvə ağaclarına ziyan vurub", - Abasov əlavə edib.

Onun sözlərinə görə, bunun istehsala müəyyən təsir göstərməsinə baxmayaraq, 2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ötən illə müqayisədə 6 faiz artımı gözlənilir.

"Yağış və dolunun istehsalın həcminə müəyyən təsir göstərməsinə baxmayaraq, ölkədə kənd təsərrüfatı mallarının qıtlığı müşahidə olunmur, buna görə də qiymət artımı üçün əsas yoxdur", - Abasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti