...

"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi Sığortalayaq" layihəsinin ikinci mərhələsinə start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 12:29 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi Sığortalayaq" layihəsinin ikinci mərhələsinə start verdi
"Başak-İnam Sığorta Şirkəti" ASC "Gələcəyimizi Sığortalayaq" layihəsinin ikinci mərhələsinə start verdi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq başlatdıqları "Gələcəyimizi Sığortalayaq" layihəsi üzrə ikinci mərhələyə start vermişdir.

Layihə çərçivəsində seçilmiş 30 tələbə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin təmənnasız olaraq təşkil etdiyi "Ümumi Sığortaçılıq" təlimlərinə qatılacaq. Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan qəbul ediləcəkdir. Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər.

Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilmiş, bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılmış, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunmuşlar. "Başak-İnam Sığorta Şirkəti" ASC imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaratmışdır.

Təhsilimizə dəstək olaq- Gələcəyimizi Sığortalayaq!

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür

Xəbər lenti

Xəbər lenti