...

BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun təkrar qiymtələndirilməsini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) 2012-ci ilin ikinci yarısında FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun təkrar qiymətləndirilməsini aparacaq. Trend-in məlumatına görə, bu barədə BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində şöbə direktorunun müavini Nədim İlahi bildirib.

"Azərbaycan hökuməti BVF-ə FSAP proqramı çərçivəsində qiymətləndirmələrin keçirilməsi haqqında sorğu ilə müraciət edib. Qiymətləndirmənin aparılması üzrə hazırlıq işləri gələn ilin əvvəlində başlayacaq", - İlahi deyib.

Onun sözlərinə görə, bu, yetərincə çox zəhmət tələb edən işdir və dövlət orqanları böyük işlər yerinə yetirməli və bəzi anketləri doldurmalı olacaqlar.

"Güman edirik ki, bu qiymətləndirmə 2012-ci ilin ikinci yarısında keçiriləcək", - o qeyd edib.

BVF və DB tərəfindən bu proqram çərçivəsiində ilk qiymətləndirmə 2003-cü ildə keçirilib.

Birinci qiymətləndirmədən sonra "Banklar haqqında", "Milli Bank haqqında" qanunlar, çoxsaylı normativ aktlar qəbul edilib. Bu qanunların qəbulu FSAP-in birinci mərhələ üzrə qiymətləndirməsində göstərilən nöqsanların aradan qaldırılmasına kömək edib.

Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi proqramı çərçivəsində DB və BVF mütəxəssisələri stress-testlər (göstəricilərin aşağı düşməsində davranışın iqtisadi modelləşdirilməsi və simulyasiyası) keçiriblər. Bu testlər ölkənin bank sisteminin ümumi göstəricilərinin azalması riskinə yüksək qarşıdurma qabiliyyətini aşkarlayıb. Testlər göstərib ki, göstəricilərin 50-70 faiz (ən pis hal) pisləşməsində belə, bank sistemi kapitalın sıfır səviyyəsinə enməyəcək, onun aktivləri isə öhdəliyi ötəcək.

Xəbər lenti

Xəbər lenti