"MasterCard" Bakıda kredit kartlarından istifadənin aşağı səviyyədə olduğunu vurğulayır

"MasterCard" Bakıda kredit kartlarından istifadənin aşağı səviyyədə olduğunu vurğulayır

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Axundov/

Beynəlxalq ödəniş sistemi "MasterCard" Bakıda kredit kartlarından istifadənin aşağı səviyyədə olduğunu vurğulayır.

"Bakı əhalisinin 50 faizinin ən azı bir bank kartı (plastik kart) olarkən, kredit kart sahibləri əhalinin yalnız təqribən 2 faizini təşkil edir", - MasterCard-ın Bakıda ilk dəfə keçirdiyi MasterIndex-in araşdırmasının nəticələrində deyilir.

MasterCard ödəmə kartlarından istifadə və istifadəçi vərdişləri, motivasiyalar və ya maneələri müəyyən etmək və aşkarlamaq üçün müxtəlif ölkələrdə müntəzəm olaraq belə araşdırmalar aparır.

"Bank kartları sahiblərinin böyük əksəriyyəti 18-34 yaş arası ali təhsilli kişilərdir. Kartlardan başlıca olaraq bankomatlardan nağd vəsaitlərin çıxarılması üçün istifadə olunmasına baxmayaraq, azərbaycanlıların 14 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyə üstünlük verirlər. Qalanları isə bu, özləri üçün əlavə mənfəət etmək imkanı verdikdə, onların tətbiqini genişləndirməyə və alış-veriş etməyə razıdırlar", - çərşənbə axşamı jurnalistlərə MasterCard-ın Azərbaycandakı regional meneceri Hakan Açar deyib.

Onun sözlərinə görə, sorğu göstərib ki, kart sahiblərinin 47 faizi kartlarından öz daimi əməkhaqlarını və ya pensiya ödənişlərini almaq üçün istifadə edirlər.

"Halbuki kart sahiblərinin bank seçimi adətən özləri tərəfindən aparılmır, bununla belə, kart verən bank bütün növ istifadəçilər üçün (32 faiz) hələ də effektiv üstünlük faktorudur", - Açar bildirib.

Araşdırma göstərdi ki, bank kartı seçimi zamanı Azərbaycan əhalisi üçün qiymət və əlavə məhsul növləri də önəmlidir.

"MasterIndex-in araşdırmasına əsasən, ödəniş kartlarından nağd pul vəsaitlərinin alınması üçün bankomatlarda istifadə edilir. Respondentlərin 86 faizi deyib ki, nağd pulları bankomatlardan alırlar. Müfəssəl nəticələr göstərdi ki, bank kartlarının 95 faizi ayda 3 dəfədən az və əksər hallarda əməkhaqları və pensiya ödənişlərinin bankomatlardan çıxarılması üçün istifadə olunur. Vətəndaşların 14 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyi üstün tutarkən, digərləri isə kartların istifadə dairəsini, əgər onlara endirimlər və ödəmə güzəştləri təklif olunarsa, alış-veriş zamanı genişləndirmək istəyirlər", - Açar bildirib.

Kredit kartı istifadəçisi olan respondentlərin 54 faizi belə cavab veriblər ki, mağazalarda kartları qəbul edən POS-terminallar yoxdur. Buna əlavə olaraq, respondentlərin 24 faizi bildiriblər ki, ticarətçilər hətta POS-sistem terminalları olduğu halda belə, plastik kartları qəbul etmək istəmirlər.

"Respondentlərdən "öz kartlarınızdan hələlik istifadə edə bilmədiyiniz sahələrin hansından istifadə etmək istərdiniz" soruşulanda, 67 faizi ictimai nəqliyyatda, 48 faizi bazarlar, 46 faizi isə səhiyyə xidmətlərində kartlarından istifadə etmək istədiklərini bildiriblər", - Açar qeyd edib.

Onun sözlərinə görə, gündəlik ödəniş ehtiyacları bankomatlardan çıxarılan nağd vəsaitlərlə qarşılandığından, üstünlük 500 manatdan artıq məbləğlərdə istehlak kreditlərinə keçir. Ödəmə kartlarından daha geniş şəkildə onlayn alış-veriş üçün istifadə olunur. Belə ki, respondentlərin 54 faizi onlayn alış-verişi ödəmək üçün daha geniş yayılmış bank kartlarından istifadə etdiyi halda, 27 faizi onlayn ödənişləri həyata keçirmək üçün kredit kartlarına daha çox üstünlük verirlər.

"Kart sahiblərindən onların kartlardan istifadənin üstünlükləri ilə bağlı nə düşündükləri soruşulanda, 49 faizi cavab verib ki, rahat və asandır, 49 faizi isə deyib ki, bu, nağd vəsaitləri üzərində gəzdirməkdən daha rahatdır. Respondentlərin 42 faizi, həmçinin düşünürlər ki, kartlardan istifadə onların öz xərclərinə daha yaxşı nəzarət etmələrinə kömək edib. Respondentlərdən soruşulanda ki, onları kartlarla bağlı hansı əlavə güzəşt və endirimlər daha çox maraqlandırardı, ümumi respondentlərin 79 faizi deyib ki, supermarketlərdə güzəştlər əldə etmək istərdilər, 72 faizi isə bildirib ki, onlar geyim mağazalarında güzəşt və endirimlərə üstünlük verirlər (qadınların 81 faizi, kişilərin isə 59 faizi birdirib ki, onları geyim mağazalarında tətbiq olunan endirimlər maraqlandıra bilər)", - Açar deyib.

MasterIndex-in imkanlı respondentlərinin 40 faizi, onlardan öz kartları ilə bağlı hansı güzəştləri gözlədikləri soruşulanda, onlar daha yüksək kredit limitlərini gözlədiklərini bildiriblər.

Sorğunun nəticələr göstərib ki, kişilər səyahət sığortası kimi səyahət xidmətləri ilə bağlı güzəştlərin tətbiq olunmasına üstünlük verdikləri halda, xanımlar dünya şöhrətli brend məhsullara endirimlərin tətbiq olunmasına üstünlük verirlər.

MasterIndex-in araşdırması Bakıda ilk dəfə 2011-ci ilin oktyabr və noyabr aylarında keçirilib.

"Motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün biz həm kart istifadəçiləri, həm də qeyri-kart istifadəçiləri ilə söhbət etmişik. MasterIndex araşdırması son 10 il ərzində müxtəlif ölkələrdə aparılır. Praktika göstərir ki, onlar ödəniş sistemləri haqqında çox vacib və etibarlı məlumat təqdim edir, proqnozlar və gələcək inkişaf üçün əsas ola bilər. Biz azərbaycanlı istifadəçiləri məmnun etmək məqsədilə Azərbaycan bankları ilə işləyəcəyik", - Açar vurğulayıb.

Onun sözlərinə görə, MasterCard MasterIndex araşdırmasını Avropa, Asiya, Yaxın Şərq və Afrikanın müxtəlif hissələrində aparıb. Məqsəd ödəniş sistemi istifadəçilərini öyrənmək olub.

"Bu araşdırma bizə qlobal elmi-texniki tərəqqini (nou-hau) yerli ehtiyac və baxışlarla birləşdirmənin ən yaxşı yolunu tapmaqda kömək edir. MasterIndex-in Azərbaycan bazarında apardığı bu ilk araşdırmanın nəticələri ilə bir daha dərk etdik ki, ödəmə sistemləri sahəsində regionun lider ölkəsinə çevrilməsi üçün Azərbaycan böyük potensiala malikdir. Biz Azərbaycan istehlakçılarının, ticarətçilərinin və banklarının 2012-ci ildə və ondan sonrakı illərdə faydalanacağı üstün ödəmə həlləri və texnologiyaları təqdim etmək üçün Azərbaycanın yerli bankları ilə birgə çalışırıq. Biz bazarın necə dəyişdiyini və müştərilərin ödənişləri daha rahat, təhlükəsiz şəkildə həyata keçirə bilmələri üçün tərəfimizdən görülməsi lazım olan işləri müşahidə etmək üçün MasterIndex-in araşdırmasını hər il təkrarlamaq niyyətindəyik", - Açar bildirib.

MasterCard-ın araşdırması Bakının yerli əhalisi ilə 1000 respondent arasında onların evlərində üzbəüz şəkildə aparılıb. Respondentlərin 50 faizi plastik kart istifadəçiləri olub. Araşdırma üçün hədəf auditoriya 18-64 yaş arasında qadınlar və kişilər olub. Kart istifadəçiləri və qeyri-kart istifadəçiləri kartdan istifadə ilə bağlı ən yaxşı motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün bərabər şəkildə təmsil olunub.

Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib
Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün növbəti təlim keçirilib
Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub
Azərbaycanını İKT məhsullarının satışından gəliri 190 milyon manatdan çox olub
Loading Bars
Xəbər lenti
TAP hidrogen və biometan nəql etmək gücündədir
Ermənistan sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb - Ekspert
Oktyabrın 21-də xarici valyutaların manata qarşı məzənnələri
Bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib - Ermənistan Müdafiə Nazirliyi
Tərtər rayonu atəşə tutulur
Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib - MN
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Dünyanın ən bahalı geyim brendi açıqlanıb
Tonqa krallığı sahillərində zəlzələ baş verib
Perunun tanınmış dövlət xadimi Azərbaycana öz dəstəyini ifadə edib
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Fransada son sutkada koronavirusdan 163 nəfər dünyasını dəyişib
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
ANAMA: Təmas xəttində mərmilər, qumbara və partlamamış mərmi qalıqları aşkarlanıb (FOTO)
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Bütün xəbərlər