Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/
2011-ci ildə 56 laboratoriya akkreditasiya olunaraq dövlət reyestrində qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı hesabatda deyilir.
Hesabata görə, akkreditasiya olunmuş laboratoriyalardan 44-ü sınaq, 3-ü kalibrləmə, 9-u müstəqil laboratoriyadır.
Bundan əlavə, 132 laboratoriyanın akkreditasiya attestatlarının qüvvədə olma müddəti uzadılıb. 2011-ci il ərzində Komitə tərəfindən akkreditasiya olunmuş 26 laboratoriyada inspeksiya nəzarəti həyata keçirilib.