Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.İsmayılov/
Heydər Əliyev Beynəlxalq Hava Limanı tranzit aviareyslərin qəbulu və xidməti üçün bağlıdır. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, hazırda QSC, ilk növbədə, öz aviareyslərinin (Bakı aeroportuna istiqamət alan) qəbulunu təmin etmək niyyətindədir. Bununla eyni vaxtda tranzit reyslərin qəbulu hazırda mümkün deyil.
"Aeroport hazırda yalnız bizim reyslərin qəbulu üçün açıqdır. Hava ilmanı tərəfindən tranzit reyslər qəbul edilmir", - Səfərli qeyd edib.
Gecikən reyslərə toxunan Səfərli vuğulayıb ki, onlar hava şəraitinin imkan verməsindən asılı olaraq yola salınacaq.
Əvvəllər QSC-nin reysləri üzrə gecikmənin yerli vaxtla saat 15:00-a qədər olacağı bildirilib, lakin sonra bu müddət uzadılıb.
Gücikmənin nə caxta qədər uzadılmasını isə Səfərli dəqiqləşdirməyib.