...

Azərbaycan Hesablama Palatası dövlət yol polisini yoxlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 18:16 (UTC +04:00)
Hesablama Palatası 2012-ci ildə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanması və ödənilməsinə dair audit yoxlamaları aparacaq.
Azərbaycan Hesablama Palatası dövlət yol polisini yoxlayacaq

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatası 2012-ci ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanması və ödənilməsinə dair audit yoxlamaları aparacaq.

Müvafiq audit proqramı Hesablama Palatasının sonuncu iclası zamanı təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi palatanın məlumatında deyilir.

Həmçinin, Azərbaycan Sənaye və Energetika Nazirliyinə aparatın saxlanılması və dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin fəaliyyəti üzrə vəsaitlərin formalaşması, istifadə vəziyyəti və digərləri yoxlanılacaq.

İclas zamanı dövlət əsaslı vəsait qoyuluşundan Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının tikintisinə ayrılan vəsaitlərin istifadəsi, "Azərtunelmetrotikinti" ASC-yə dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi və s. yoxlamaların nəticələri haqqında rəy təsdiq edilib. Kollegiya iclasının qərarları barədə Azərbaycan Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti