Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Ə.Həsənov/
Aktobe vilayəti böyük investisiya imkanlarına malikdir və cümə axşamı Bakıda keçirilən biznes forumda 80-dən artıq azərbaycanlı iş adamının iştirakı onların Qazaxıstan iqtisadiyyatına marağını təsdiq edir.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov bildirib.
"Hazırda Qazaxıstan və Azərbaycanda müştərək müəssisələrin yaradılması imkanları, habelə Azərbaycan məhsullarının Aktobeyə ixracı müzakirə edilir", - Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda ildən-ilə, xüsusilə qida sahəsində olmaqla, ixracat potensialı artır. Qazaxıstan bazarı Azərbaycan üçün ənənəvi olaraq sərfəlidir və Aktobe vilayətinin bazarı onlardan biridir.
Biznes forum çərçivəsində Aktobe vilayəti iqtisadiyyatının maşınqayırma, tikinti, kənd təsərrüfatı sahələrində, qida sənayəsi və digər sahələrində investisiya layihələri təqdim edilib.
Qeyd edək ki, Aktobe vilayətinin Azərbaycanla mal dövriyyəsi 40 milyon dolları ötür ki, bu da vilayətin xarici ticarət tərəfdaşları arasında üçüncü yer deməkdir.