...

Azərbaycan İpoteka Fondu istiqrazların yerləşdirilməsi həcmini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 18:24 (UTC +04:00)
Aprelin 2-də Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların yerləşdirilməsi həcmini artırır

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir А.Ахundov/

Aprelin 2-də Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Fondun cümə axşamı yaydığı məlumatda deyilir.

Hərraca 3 milyon manta həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,1500 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi - 22 yanvar 2022-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 16 yanvar 2012-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 30 milyon manta təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Bu istiqrazların yerləşdirilməsinə 15 mart 2012-ci il tarixində başlanılıb və hərraca bu günədək 2 milyon manat həcmində istiqraz yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti