...

SOCAR Tibbi Sığorta Proqramına xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 11:00 (UTC +04:00)
SOCAR Tibbi Sığorta Proqramına xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başlayıb
SOCAR Tibbi Sığorta Proqramına xidmət göstərilməsi üçün Assistans Mərkəzi işə başlayıb

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir A.Axundov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycanın Paşa Sığorta sığorta şirkəti və türk məsləhətçilərinin iştirakı ilə SOCAR Medical Insurance Sığorta Proqramı çərçivəsində sığortalılara xidmət göstərilməsi üçün yaradılmış Assistans Mərkəzinin təqdimatı keçirilib.

Trend-in məlumatına göər, bu barədə Paşa Sığorta şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Türkiyə təcrübəsi əsasında ARDNŞ və Paşa Sığorta şirkətlərinin təşəbbüsü ilə yaradılmış Mərkəz neftçilərə xidmət göstərilməsini mühüm dərəcədə asanlaşdırır və neftçilərin sığortaçı və tibb müəssisələri ilə ünsiyyətini rahatlaşdıraraq səmərəliliyi artırır", - məlumatda deyilir.

Tibbi Sığorta Proqramı çərçivəsində ARDNŞ və Paşa Sığorta şirkəti Türkiyə mütəxəssislərinin iştirakı ilə müstəsna olaraq ARDNŞ əməkdaşlarının maraqlarına xidmət göstərəcək ilk müstəqil və ixtisaslaşmış Assistans Mərkəzini təsis etdi. Assistans Mərkəzi paytaxtın mərkəzində Şıxəli Qurbanov küçəsində yerləşir və üç bölmədən ibarətdir - Sığortaçılarla iş üzrə qəbul otağı, Call-center (Qaynar Xətt) və Məlumat bazasını idarəetmə mərkəzi.

Təqdimat zamanı çıxış edən ARDNŞ-nin Risk-menecment şöbəsinin müdiri Vüqar Ələkbərov, "BS Management Consulting" (Türkiyə) şirkətinin baş direktoru Ahmet Oktay, Paşa Sığorta şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev, Assistans Mərkəzinin direktoru Ehtiram Quliyev və digərləri Azərbaycan neftçilərinin yeni tibbi xidmət modelinin ən əsas elementi olaraq assistans xidməti anlayışının Azərbaycan sığorta sektoruna təqdim edilməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıblar.

"İndi neftçilər poliklinikalardan və ya xəstəxanalardan birinə "növbəyə durmağa" göndərilmir, şəxsən və ya telefon vasitəsilə Assistans Mərkəzinə müraciət edir. Assistans Mərkəzi müştərinin şikayətinə diqqətlə qulaq asaraq konkret vəziyyətin həlli üçün münasib olan məsləhətləri verir. Assistans Mərkəzinə müraciət etməklə artıq neftçilər dövlət və özəl xəstəxanalar və klinikaların təsdiq edilmiş siyahısından rahat şəkildə diaqnostika və müalicə üçün həkim seçə bilər. Digər bir mühüm məqam ondan ibarətdir ki, Assistans Mərkəzinə müraciət edən andan müalicə bitənə qədər sığortalı işçi sığorta şirkətinin "nəzarəti" altındadır, yəni tibbi xidmətdə hər hansı nöqsan və ya çətinlik yaranan hallarda neft işçisinə operativ dəstək göstərilir," - "Paşa Sığorta" şirkətinin Tibbi Sığorta Departametinin müdiri Rəna Məmmədova təqdimat zamanı qeyd edib.

"SOCAR Tibbi Sığorta Proqramı" ARDNŞ-nin öz işçilərinin dövlət tibbi xidmətindən korporativ tibbi xidmətə keçirilməsi barədə qəbul etdiyi qərar əsasında 2012-ci ilin yanvar ayında başlanmışdır. SOCAR Tibbi Sığorta Proqramının baş icraçısı Paşa Sığorta şirkətidir və hazırda bu proqram çərçivəsində ARDNŞ-nın 70 000 əməkdaşına xidmət göstərməkdədir.

Xəbər lenti

Xəbər lenti