...

FAO-nun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda iştirakını gücləndirməsi vacibdir – baş direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 15:04 (UTC +04:00)
FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda iştirakını gücləndirməsi vacibdir.
FAO-nun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda iştirakını gücləndirməsi vacibdir – baş direktor

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda iştirakını gücləndirməsi vacibdir. Bu barədə cümə axşamı qurumun baş direktoru Joze Qrasianu da Silvanın FAO-nun Avropa üzrə 28-ci regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının iştirakçılarına məktubunda deyilir.

"İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında regionlararası korperasiya aclığa qarşı mübarizədə və regionda kənd təsərrüfatının davamlı inkişafında başlıca rol oynayır. Toplanan təcrübənin paylaşmağın zamanı çatıb və FAO öz töhfəsini verməyə hazırdır. Qlobal cəmiyyətin hissəsi kimi birgə işləyərək Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri ona nail ola biləcəklər ki, onların təsirli iqtisadi artımı regionda aclığın məhv edilməsi üçün çox sürətli irəliləyişi ilə əl-ələ gedə biləcək", - da Silva deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Qafqaz ölkələri təbii resurslarla zəngindirlər və nəhəng insan potensialına malikdirlər, lakin onlar eyni zamanda yoxsulluq problemləri ilə üzləşməli olurlar.

"Xroniki aclıq riskinin saxlandığı region ölkələrinin əksəriyyəti Mərkəzi Asiyada və Qafqazda yerləşir. FAO-nun son məlumatlarına görə, həmin ölkələrdə yarıaclığın səviyyəsi 26 faiz təşkil edir", - da Silva deyib.

Onun sözlərinə görə, bu gün Şərqi Avropanın, Qafqaz və Mərkəzi Asiyanın 12 ölkəsində 200 min ton pestisid tullantısı cəmləşib ki, bu da bütün dünyadakı pestisid tullantısı yataqlarının 40 faizini təşkil edir.

"Aİ və digər tərəfdaşları ilə birlikdə FAO hökumətlərə yaranmış vəziyyətdən çıxmağa, regionda hökumətlərin kimyəvi tullantıların təhlükəsiz idarə olunması və aradan qaldırılması üzrə imkanlarını yaxşılaşdırmağa kömək edir", - da Silva deyib.

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatının Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası keçirilir.

FAO-ya 191 üzv dövlət, iki assosiativ üzv və bir təşkilat - Aİ daxildir.

Xəbər lenti

Xəbər lenti