Azərbaycan, Bakı, 3 may /Trend/
"Zəfəran" apteklər şəbəkəsi "KSM Azərbaycan"nın dəstəyi ilə "Ailənizin Zəfər anı" aksiyasını keçirəcək. Trend-in məlumatına görə, bu barədə şəbəkənin cümə axşamı yaydığı məlumatda deyilir.
12 mayda Beynəlxalq ailə günü ərəfəsində Mərkəzi Nəbatаt bağında ailəvi istrahət təşkil ediləcək. Tədbirdə gənc ailələr və onların 3-6 yaşındakı uşaqları iştirak edəcək.
Lakin bayram gəzintisinə qoşulmaq üçün "Sizin ailənizdə ən yadda qalan hadisə barədə hekayə" adlı müsabiqədə iştirak etmək lazımdır. Müsabiqənin nəticələrinə əsasən ailəvi istirahətə dəvət olunan 20-dək ailə seçilə bilər. Sifarişlərin qəbulu 9 may tarixində bitəcək.
Müsabiqənin şərtlərinə əsasən bütün arzu edənlər öz ailələri barədə məlumatı və bir neçə fotoşəkilləri [email protected] elektron poçtuna göndərə bilərlər.
Ətraflı məlumatı *8811 Qaynar xətt nömrəsinə zəng etməklə və ya http://www.facebook.com/zeferanaptek və http://www.facebook.com/events/343438219054264/ saytına keçməklə öyrənmək olar.
Müsabiqədən keçmiş ailələr qarşıdakı səfər barədə tam məlumat alacaq və təşkilatçılar tərəfindən bütün lazımi vəsaitlərlə təmin olunacaqlar.