...

"flydubai" iki təyyarənin satın alınması üçün saziş bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may/Trend/

Dubayın ilk qənaətcil "flydubai" aviaşirkəti iki "Boeing 737-800NG" tipli təyyarələrin alınmasını maliyyələşdirmək üçün "Pembroke" şirkəti ilə saziş imzalayıb. "Standard Chartered" bankına məxsus "Pembroke" hava gəmilərinin maliyyələşdirilməsi, idarəetməsi və lizinq xidməti üzrə ixtisaslaşdırılmış şirkətdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Ümumi məbləği 172 milyon dollar təşkil edən səkkiz illik müqavilə təyyarələrin alınması və qaytarma lizinqini nəzərdə tutur. Saziş 2012-ci il üçün "flydubai" aviaşirkətinin kommersiya təklifləri (RFP) üzrə sorğusunun əsasında bağlanıb. İki yeni təyyarə artıq cari ilin iyun və iyul aylarında "flydubai"ın hava donanmasına əlavə olunaraq, aviaşirkətin Fars körfəzi, Orta Şərq, Şimali Afrika, Asiya, Hindistan subqitəsi, Orta və Şərqi Avropanı əhatə edən geniş marşrut şəbəkəsi üzrə hava daşımalarının həcmini artırmaqa imkan verəcək.

"Bu il təyyarələrin alınmasını maliyyələşdirəcək kommersiya təkllflərinin həcmi, növbəti dəfə, tələbatımızı üstəyələrək, fəaliyyətimizin dördüncü ilinə qədəm qoyduğumuz anda baş tutdu. Biz ilk dəfədir ki, "Standard Chartered" bankının "Pembroke" şirkəti ilə saziş imzalayırıq. Müqavilə investorlar tərəfindən aviaşirkətimizin artım tempinin yüksək qiymətləndirdiklərindən xəbər verir. Qısa müddət ərzində biz Dubay Beynəlxalq Hava limanının sayca ikinci ən iri aviaşirkəti olmağa müvəffəq olduq. "flydubai" daha çox sərnişinə xidmət göstərmək məqsədi ilə hava donanmasını artırmaqda israrlıdır", - "flydubai" aviaşirkətinin prezidenti Qeyt Əl Qeyt deyib.

Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Aviaşirkətin tariflərinə, vergi və rüsumlar daxil olmaqla, çəkisi 7 kiloya qədər olan əl yükü, 1 kiçik çanta və yaxud 1 noutbuk (çexolda) daxildir.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraq, Dubaya turist axınını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti