...

Vergilər Nazirliyi tərəfindən cavablandırılan müraciətlərin sayı 26 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2012 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

2012-ci ilin I yarısında Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə daxil olmuş 142.573 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 73.571, avtomatik rejimdə elektron operator tərəfindən 69.002 müraciət cavablandırılıb, mesaj xidməti vasitəsilə 240.346 halda vergi ödəyiciləri məlumatlandırılıb.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,9%), hesabatlar və onların doldurulma qaydaları (16,5%), vergi növləri (14,3%), qeydiyyat (14,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6%) barədə məlumat əldə etmək istəyiblər.

Vergi ödəyicilərindən daxil olan sualların 98,8%-nə müfəttiş-operatorlar dərhal, 1,2%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər.

Daxil olmuş müraciətlərin 86,9%-i 30 saniyə ərzində cavablandırılmaya qəbul edilib və orta hesabla birbaşa cavablandırılan 1 müraciət 3 dəqiqə 44 saniyə ərzində cavablandırılıb.

Müfəttiş operatorlarla ilk telefon əlaqəsindən sualların tam cavablandırılması səviyyəsi 90,3%, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,6% təşkil edib.

Sualların 84,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti