Azərbaycan, Bakı, 3 avqust /Trend/
Müştərilərin artan tələbatını ödəmək üçün "Bank of Baku" cari ilin avqust ayından etibarən şənbə günləri saat 10:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.
Son vaxtlara kimi "Bank of Baku" şənbə günləri 10:00-dan 14:00-a kimi müştərilərə xidmət göstərib. Bundan belə, bank tam iş günü rejimində çalışacaq.
Şənbə günləri "Bank of Baku"da fasilə 14:00-15:00 arası olacaq.
Yeni iş rejimi "Bank of Baku"nun baş ofisinə və ölkə üzrə bütün filiallarına şamil olunur.