...

Aşxabad sərgi-yarmarkalat üçün Azərbaycan mallarını gömrük yığımlarından azad edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2012 12:17 (UTC +04:00)
Türkmənistanın Ticarət və Sənaye Palatası 20 sentyabr-10 oktyabr tarixlərində Aşqabad şəhərində MDB üzv dövlətlərinin milli istehlak məhsullarının sərgi-yarmarkası keçiriləcək.
Aşxabad sərgi-yarmarkalat üçün Azərbaycan mallarını gömrük yığımlarından azad edir

Azərbaycan, Bakı, 21 avqust / Trend, müxbir Ə.Həsənov /

Türkmənistanın Ticarət və Sənaye Palatası 20 sentyabr-10 oktyabr tarixlərində Aşqabad şəhərində MDB üzv dövlətlərinin milli istehlak məhsullarının sərgi-yarmarkası keçiriləcək. Yarmarka iştirakçılarının məhsullarının Türkmənistan ərazisinə daxil olması və geri aparılması zamanı heç bir gömrük rüsumu və yığımı tətbiq olunmayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

"Bundan əlavə, vizanın əldə edilməsi, məhsulun güzəştli şərtlərlə satılmasında və digər məsələlərdə Türkmənistanın Ticarət və Sənaye Palatası tərəfindən dəstək veriləcək",- məlumatda bildirilir.

Yarmarkada iştirakla əlaqədar suallarınız olduğu halda aşağıda göstərilən əlaqə vasitələri ilə təşkilat komitəsinə müraciət edə bilərsiniz: Əlaqəli şəxs: Altın Amangeldiyev. Tel.: (+99312) 94 05 49

Xəbər lenti

Xəbər lenti