Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/
Regional layihələr Gürcüstan və Azərbaycan əlaqələrinin əsasında durur və bu əlaqələr bundan sonra da inkişaf edəcək. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze çərşənbə axşamı seçkilərin yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan və Gürcüstan tərəfi belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu çərçivəsində tikintidə öz hissəsini artıq başa çatdırıb və tikinti işləri indi Türkiyədə tamamlanmalıdır", - səfir deyib.
Onun sözlərinə görə, Türkiyədə tikinti üçün landşaft və relyef mürəkkəbdir və işlərin başa çatdırılması üçün ölkəyə bir müddət vaxt lazımdır.
Şaraşenidze bildirib ki, bu layihə region üçün mühüm əhəmiyyətə malikdir, "onun əsrin layihəsi adlandırılması təsadüfi deyil".