...

Bakı aeroportu aviareyslərin qəbulu və yola salınmasını bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 10:35 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanı gecə güclü dumanla əlaqədar dayandırılan aviareyslərin qəbulu və yola salınmasını bərpa edib.
Bakı aeroportu aviareyslərin qəbulu və yola salınmasını bərpa edib

Azərbaycan, Bakı, 1 noyabr / Trend , müxbir S.Əliyev /

Heydər Əliyev Beynəlxalq Hava Limanı gecə güclü dumanla əlaqədar dayandırılan aviareyslərin qəbulu və yola salınmasını bərpa edib. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, bəzi reyslər Bakıdakı problemlə əlaqədar Gəncə aeroportuna enib. Onların arasında Moskva, İstanbul və Dubay reysləri var.

Hazırda Gəncədə də təyyarələrin uçuşuna mane olan güclü duman var. Duman dağıldıqdan sonra həmin reyslər Bakıya yola salınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti