...

2013-cü ildə Bakı Metropolitenində iki yeni stansiya istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr / Trend, müxbir E.İsmayılov /

2013-cü ildə Bakı Metropolitenində iki yeni stansiya istismara veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, gələn il "Avtovağzal", "Memar Əcəmi-2" stansiyaları istismara veriləcək. Hazırda tikintisi aparılan "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Yeni Günəşli" stansiyaları isə 2016-cı ildə istismara veriləcək.

Habelə 2013-cü ildə "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına kimi 7 kilometrlik ərazidə üç stansiyanın tikintisi işlərinə başlanılması planlaşdırılır.

Yeni stansiyaların tikintisi ilə yanaşı, artıq mövcud olanarın yenidən qurulması üzrə işlər aparılır. Habelə əvvəllər "İçərişəhər", "Koroğlu" stansiyalarında işlər görülüb, "28 May" stansiyasının əlavə çıxışı istismara verilib. Gələn il "28 May" stansiyasının əsaslı şəkildə yenidən qurulması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti