...

Bakı Metropoliteni bütün stansiyaları internetlə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 13:11 (UTC +04:00)
Bakı Metropoliteni bütün mövcud və tikilməkdə olan stansiyaları internetə çıxışla təmin etmək niyyətindədir.
Bakı Metropoliteni bütün stansiyaları internetlə təmin edəcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni bütün mövcud və tikilməkdə olan stansiyaları internetə çıxışla təmin etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Bakı Metropolitenin rəisi Tağı Əhmədov məlumat verib.

Metroda internetə çıxışın təmin olunmasını daha əvvəl mobil rabitənin təmin edilməsi kimi, zaman və bu xidmətlərə olan tələbat zəruri edir.

Onun sözlərinə görə, Metropolitendən böyük sayda sərnişinlər istifadə edir. "Habelə bu gün 5,5 milyardıncı sərnişin qeydiyyata alınıb və ona ömürlük istifadə edə biləcəyi kart təqdim edilib. O, paytaxtdakı ali məktəblərdən birinin tələbəsidir", - Əhmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti