Azərbaycan, Bakı, 13 noyabr /müxbir. Trend A.Axundov/
Almaniya şirkətləri Azərbaycandan öz məhsulllarına 900 milyon avro məbləğində sifarişləri nəzərdən keçirir, Almaniyanın xarici işlər nazirinin müavini Kornelia Piper (Cornelia Pieper) bazar ertəsi Azərbaycan-Almaniya xarici ticarət palatasının açılışında öz çıxışı zamanı deyib.
"Biz iki ölkənin arasında ticarət dövriyyəsinin artması üçün böyük potensial görürük. Palata bu prosesdə katalizator kimi çıxış etməlidir", - Piper söyləyib.
Onun sözlərinə görə, palatanın yaradılması iki ölkənin arasında olan iqtisadi əlaqələrinin inkişafının müsbət dinamikasına reaksiyasıdır.
"Bu palata Almaniya-Rusiya palatasında sonra MDB ərazisində ikinci palata oldu" - Piper deyib.
Palatasının idarə heyəttinin sədri Samir Axundovun sözlərinə görə, strukturun özünə 135 üzv daxildi.
"Palatanın yaradılması iki ölkənin əməkdaşlığında yeni hesablama nöqtəsi olacaq", - Axundov deyib.