...

Gələn il Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 11:07 (UTC +04:00)
Bakı Metropoliteni gələn ilin sentyabrınadək iki yeni stansiyanı - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır.
Gələn il Bakı Metropoliteni iki yeni stansiyanı istismara verməyi planlaşdırır

Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir A.Axundov /

Bakı Metropoliteni gələn ilin sentyabrınadək iki yeni stansiyanı - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, indi stansiyaların ərazilərindən köçürülmə prosesi həyata keçirilir. Ancaq bu proses çox çətin (məhkəmələr vasitəsilə) gedir, buna görə stansiyaların istismara verilməsi ləngiyə bilər.

Qeyd edək ki, Metropoliten 2016-cı ilədək "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Təzə Günəşli" stansiyalarını açmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti