...

"Qafqaz İnkişaf Bankı" kapitalını dörd dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 17:37 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz İnkişaf Bankı" ASC-nin 40 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
"Qafqaz İnkişaf Bankı" kapitalını dörd dəfə artırır

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz İnkişaf Bankı" ASC-nin 40 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Trend çərşənbə günü QKDK-nın saytına istinadən məlumat verir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 1 manat olan 40 milyon səhm daxildir.

Hazırda bankın nizamnamə kapitalı 14 milyon manatdır. Yeni emissiyanın yerləşdirilməsindən sonra kapital 54 milyon manata çatdırılacaq ki, bu da Azərbaycan Mərkəzi Bankının 2014-cü il yanvarın 1-nə məcmu kapitalın minimum həcminə (50 milyon manat) yeni tələbini üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti