...

"28 May" stansiyasının əsas girişi sentyabrın 15-dək açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2013 11:00 (UTC +04:00)
Sentyabrın 15-dək Bakı Metropoliteninin "28 May" stansiyasının əsas girişinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır.
"28 May" stansiyasının əsas girişi sentyabrın 15-dək açılacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 15-dək Bakı Metropoliteninin "28 May" stansiyasının əsas girişinin yenidən qurulmasının başa çatdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə metropolitenin rəisi Tağı Əhmədov bildirib.

O, həmçinin qeyd edib ki, 2-2,5 il ərzində "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı istismara veriləcək.

Əhmədovun sözlərinə görə, ilin sonuna metronun yeni stansiyasının açılışı gözlənilir, lakin metropoliten rəisi stansiyanın necə adlandırılacağını deməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti