Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/
"Araz" azad iqtisadi və ticarət zonası təşkilatının direktoru Sadiq Nəcəfi yaxın günlərdə Azərbaycana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.
Ayətullahi bildirib ki, İran Culfa, Astara və Biləsuvar sərhəd-keçid məntəqələrində müştərək azad ticarət zonaları yaratmaqda maraqlıdır. Nəcəfi Azərbaycana elə bu məqsədlə səfər edəcək.
Onun sözlərinə görə, hazırda iki ölkənin sərhədlərində müştərək azad ticarət zonalarının yaradılması məsələsi gündəmdədir və bəzi KİV-lərdə İranın bundan imtina etməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.