...

Serbiya Azərbaycan sahibkarlarını investisiya yatırmağa dəvət edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 12:57 (UTC +04:00)
Serbiya Azərbaycan sahibkarlarını ölkədəki infrastruktur layihələrə, enerji, nəqliyyat, tikinti, turizm sahələrindəki layihələrə investisiya qoymağa dəvət edir. Trend-in məlumatına görə, bu barədə Serbiya Prezidenti Tomislav Nikoliç şənbə günü Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə çıxışı zamanı deyib.
Serbiya Azərbaycan sahibkarlarını investisiya yatırmağa dəvət edir (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir A.Axundov/

Serbiya Azərbaycan sahibkarlarını ölkədəki infrastruktur layihələrə, enerji, nəqliyyat, tikinti, turizm sahələrindəki layihələrə investisiya qoymağa dəvət edir. Trend-in məlumatına görə, bu barədə Serbiya Prezidenti Tomislav Nikoliç şənbə günü Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə çıxışı zamanı deyib.

"Ötən il iqtisadi və texnoloji əməkdaşlıq haqqında imzalanan saziş infrastruktur, turizm, informasiya texnologiyaları sahələrinə investisiyalar yatırmağa imkan verdi. İlk layihə Azərbaycan şirkətinin Serbiyada yol tikintisi layihəsi oldu. Bu, gələcəkdə investisiyalar üçün stimul olacaq", - Nikoliç qeyd edib.

Onun sözlərinə görə, Serbiya böyük tikinti sahəsidir. Serbiyaya investisiya yatırılmasının üstünlükləri ali təhsil, yüksək ixtisaslı işçi qüvvəsi, əlverişli coğrafi mövqe, stimullaşdırıcı vergi siyasəti, yaxşı qanunvericilik bazasıdır.

Biznes forumda Serbiya tərəfi turizm (xərclərin ödənilməsi 4-5 il ərzində olmaqla 90-100 milyon avro həcmində investisiya), enerji (ödənilməsi 5,5 il olmaqla kömür mədəninin işlənməsi və elektrik stansiyalarının yenidən qurulması, müvafiq olaraq, 100 və 400 milyon avro tələb edir) və nəqliyyat (azad zonada CARGO-mərkəzin inkişafı) sahəsində üç konkret layihə təqdim edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev deyib ki, bu layihələr Azərbaycan sahibkarları üçün maraqlıdır.

"Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin inkişafı üçün yaxşı platforma yaradır", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, biznes forumda Azərbaycanın kənd təsərrüfatı, turizm, qida sənayesi, bank sektoru, tikinti sahələrini təmsil edən 50-dən artıq şirkət iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti