Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/
Üçüncü ölkələrin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinə qoşulması haqqında qərar layihənin iştirakçı ölkələrinin konsensusu əsasında qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze mətbuat konfransında deyib.
"Bir çox ölkələrin marağı var, lakin qərar konsensus əsasında qəbul ediləcək", - səfir qeyd edib.
Şaraşenidzenin sözlərinə görə, üç ölkə arasında BTQ layihəsi üzrə heç bir münahisəli məsələ yoxdur.