...

Bakıda "Caspian Oil and Gas" yubiley sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2013 12:24 (UTC +04:00)
İyun ayının 4-dən 7-dək mütəxəssislərin diqqəti Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və bu il öz 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" sərgi və konfransına yönələcək.Trend-in məlumatına görə, bu barədə "ITE Group PLC" şirkətinin məlumatında deyilir.
Bakıda "Caspian Oil and Gas" yubiley sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 12 mart/Trend/

İyun ayının 4-dən 7-dək mütəxəssislərin diqqəti Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və bu il öz 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" sərgi və konfransına yönələcək.Trend-in məlumatına görə, bu barədə "ITE Group PLC" şirkətinin məlumatında deyilir.

Belə ki, "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin bünövrəsini qoymuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. "Caspian Oil and Gas" sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərginin təntənəli açılış mərasimində iştirak etməsi sözügedən sərginin yüksək statusunu sübut edir. Keçirildiyi bütün illər ərzində "Caspian Oil and Gas" sərgisinə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstək verilir.

20 il ərzində uğurla həyata keçirilən Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi hər il neft-qaz hasilatı və emalı, nəqletmə və loqistika, habelə servis xidmətləri sahəsində aparıcı texnologiyaların nümayiş etdirilməsi üçün dünya neft sənayesinin bütün aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirərək sənayenin əsas forumuna çevirib. Artıq sərgi meydançasının 70%-dən çoxu sərgi və konfransın daimi iştirakçıları - dünyaca məşhur şirkətlər tərəfindən tutulub.

Onların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), BP, "Statoil", OMV, "Total", "Petkim", TPAO, RWE və bir sıra digər şirkətlər də yer alır. Almaniya, Çin və Rusiyanın milli qrupları sərginin daimi eksponentləri hesab olunurlar. ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edirlər. "Caspian Oil and Gas" sərgisinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl2 sponsoru isə "BP Azerbaijan" şirkətidir. Sərginin digər sponsorları arasında "Azfen-Tekfen", "Bos Shelf" MMC, "Caspian Drilling Company", "Caspian Marine Services", "Nobel Oil LTD", "Azeri MI Drilling Fluids LTD", "Cross Caspian Oil and Gas Logistics", McDermott Caspian Contractors, Inc. və "Global Energy Azerbaijan Limited" şirkətləri də var.

Sərgini hər il müşayiət edən ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası "Caspian Oil and Gas" konfransı kifayət qədər uzun müddət - 20 il ərzində keçirilməsinə baxmayaraq, yenə də əvvəlki kimi bütün dünyanın neft və qaz elitasının diqqət mərkəzindədir. Bu il neft-qaz sahəsinin aparıcı nümayəndələrinin konfransda iştirakı Xəzəryanı regionda həm mədən sənayesində, həm də neft-qaz resurslarının nəql olunmasında təchizatın hasilatı və diversifikasiyası, dəniz platformalarının tikintisində innovasiyalar, qazma qurğuları və dəniz boru kəmərləri, eləcə də yeni layihələrin həcminin artırılması ilə bağlı beynəlxalq əməkdaşlığın geniş müzakirəsinə həsr olunacaq.

5-6 iyun tarixlərində keçiriləcək konfransda 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Nümayəndələr ilk olaraq "Jumeirah Bilgah Beach" otelinin konfrans zalında toplaşacaqlar. Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "Qızıl2 sponsoru isə "BP Azerbaijan2 şirkətidir. Digər sponsorlar arasında "Caspian Geophysical JV" MMC, "Cross Caspian Oil and Gas Logistics", "Conoco Phillips", "Nobel Oil LTD", Statoil və "Wartsila" şirkətləri də yer alır.

"Caspian Oil and Gas" sərgi və konfransının 20 illik yubileyi ilə əlaqədar olaraq təşkilatçılar əlavə tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti