Azərbaycanda keçirilən “Caspian Oil and Gas” yubiley sərgisində 400-ə yaxın şirkət iştirak edəcək

Azərbaycanda keçirilən “Caspian Oil and Gas” yubiley sərgisində 400-ə yaxın şirkət iştirak edəcək

Azərbaycan, Bakı, 3 iyun /Trend/

20 illik yubileyini qeyd edən Beynəlxalq "Caspian Oil and Gas" sərgisi neft-qaz yataqlarının kəşfi və işlənməsi ilə məşğul olan, həmçinin servis xidmətlərini göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti birləşdirəcək. Bu barədə sərginin açılış mərasiminə həsr olunan Trend BİA-da həsr olunan mətbuat konfransında "ITE Group Plc" şirkətinin direktoru Edvard Stroon bildirib.

İyunun 4-dən 7-dək "Bakı Ekspo Mərkəzi"ndə Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq "Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı öz işinə başlayacaq. Bu müddət ərzində "Xəzər Neft və Qaz" sərgisi hər il dünya neft sənayesi liderlərini öz meydançasında bir araya toplamaqla bütün diqqəti Azərbaycana yönəldir.

Bu il "Xəzər Neft və Qaz" sərgisinin yubileyi əlamətdar bir tarix - sərginin banisi və onun ideoloji ilham mənbəyi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5.600 şirkət iştirak etmişdir. Sərginin təzə meydançada - "Bakı Ekspo Mərkəzi"ndə keçirilməsi isə onun inkişafına yeni təkan verərək sərgi tarixində mühüm hadisəyə çevrildi. Beləliklə, "Xəzər Neft və Qaz" sərgisinin bütün beynəlxalq standartlara cavab verən sərgi kompleksində keçirilməsi onu keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş oldu.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirir. Cənab Prezident bu il də sərginin rəsmi kataloqu üçün iştirakçı və qonaqlara salamlama məktubu göndərib. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə "Xəzər Neft və Qaz" layihəsinə əvəzsiz dəstək göstərirlər. Hər il sərgi və konfransda yüksək səviyyəli qonaqlar toplaşaraq tədbirin açılış mərasimində iştirak edirlər, belə ki, "Xəzər Neft və Qaz 2013" sərgi və konfransının "VIP" - qonaqları arasında Gürcüstanın energetika naziri cənab Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin Dövlət Katibi cənab Qyunnar Oom, Energetika Xartiyasının Baş Katibi cənab Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov və digər şəxslər var.

Yubiley "Xəzər Neft və Qaz" sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən dünyanın 28 ölkəsindən 386 şirkəti bir araya gətirir. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaqlar. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artmışdır. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərginin keçirildiyi illər ərzində həm sevindirici hal, həm də əsas nailiyyət ondan ibarətdir ki, bu tədbirə qatılan yerli şirkətlərin sayı ildən-ilə artır və bu il onlar sərgi iştirakçılarının ümumi sayının 30%-ni təşkil edirlər. Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğulayır (20 sponsor şirkət). "Xəzər Neft və Qaz 2013" sərgisinin Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləridir. Sərginin digər sponsorları arasında "Axpo Trading", "Azfen-Tekfen", "Azeri MI Drilling Fluids", "BNP Paribas", "Bos Shelf", "Caspian Drilling Company", "Caspian Marine Services", "Cross Caspian Oil and Gas Logistics", "IHS Global Ltd", "Interpipe", "McDermott Caspian Contractors, Inc.", "Nabucco", "Nobel Oil", "RussNeft", "RWE", "Siveco" və "TexnoProm" şirkətləri də yer alır. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə "Caspian Energy International Media Group" şirkəti çıxış edir.

Bu il iyunun 5-də öz işinə başlayan ənənəvi konfrans ilk dəfə olaraq "Jumeirah Bilgah Beach Hotel" mehmanxanasında keçiriləcəkdir. Konfransın əsas mövzuları arasında "Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq", "Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi", "Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar", "Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı" və "Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər".
"Ətraf mühit və sənaye təhlükəsizliyi standartlarının artırılması" iclası çərçivəsində müzakirə olunacaq Xəzər regionunun ekoloji sisteminin qorunması sahəsində ətraf mühit və beynəlxalq əməkdaşlıq məsələləri də diqqətdən kənar qalmayacaq. Belə ki, iclas zamanı 50-dən çox spiker məruzə ilə çıxış edəcək. Ümumilikdə isə təqribən 600 nümayəndə konfransda iştirakını təsdiq etmişdir. Konfransın proqramına ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Roland Kobia, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov, İran İslam Respublikasının Neft Nazirliyinin Avropa, Amerika və Xəzər dənizi ölkələri üzrə şöbəsinin baş direktoru cənab Huseyn Esmaili Şahmirzadə və Estoniyada yerləşən Müdafiə Tədqiqatları Beynəlxalq Mərkəzinin direktoru cənab Metyu Brayzanın çıxışları daxil edilib. Oksford və Tripoli Universitetlərinin nümayəndələri, İsrailin Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəsi, eləcə də ATƏT-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və bir sıra digər şəxslər konfransda öz məruzələri ilə çıxış edəcəklər.

Bu il keçiriləcək konfrans üçün də rekord sayda sponsor qeydə alınıb (ümumilikdə 23 sponsor şirkət). Belə ki, konfransın Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləridir. Konfransın digər sponsorları arasında "Axpo Trading", "Bakcell", "BNP Paribas", "Caspian Geophysical JV", "ConocoPhillips", "Cross Caspian Oil and Gas Logistics", "Dentons", "Ernst&Young", "IHS Global", "Inpex", "Interpipe", "Nabucco", "Nexans", "Nobel Oil", "RWE", "Siveco Romania", "TAP", "TexnoProm", "Total" və "Wartsila" şirkətləri yer alır. Konfransın rəsmi hava daşıyıcısı isə "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətidir. Beləliklə, keçirildiyi ilk gündən etibarən respublikanın və ümumilikdə bütün regionun neft-qaz sənayesinin inkişafına öz töhfəsini verən "Xəzər Neft və Qaz 2013" konfransı bu sahənin hər bir mütəxəssisinə peşəkar ünsiyyət üçün unikal imkan yaratmaqla yanaşı, özü ilə geniş informasiya, təcrübə və ən yeni texnologiya axınını gətirəcək.

Sərginin işgüzar proqramını neft-qaz sahəsini təmsil edən nümayəndələrin geniş auditoriyası üçün aktual seminarlar tamamlayacaq. Belə ki, 5-6 iyun tarixində Bakı Ekspo Mərkəzində "Yeni ölçmə texnologiyaları və kollektorların kalibrasiyasında onların nəticələrinin təhlili" (təşkilatçı: "Ukrmetrteststandart" şirkəti), "TOFD" üsulu - əsas prinsiplər, standartlar, üstünlüklər və işçi heyətin sertifikatlaşdırılması" (təşkilatçı: "Belqazpromdiaqnostika" Unitar Müəssisəsi), "MAGNATECH avtomatik qaynaq kompleksi" (təşkilatçı: "Maqnatek" şirkəti) və "Qrako şirkətinin yanğın əleyhinə passiv mühafizə üsulları" (təşkilatçı: "GRACO" şirkəti) mövzularında seminarlar keçiriləcək. Sərgi çərçivəsində həmçinin "BP" şirkəti və onun "Azəri-Çıraq-Günəşli" ("AÇQ"), "Bakı-Tbilisi-Ceyhan" ("BTC"), "Şahdəniz" ("ŞD") və "Cənubi Qafqaz Boru Kəməri" ("CQBK") layihələri üzrə tərəfdaşları "Alıcılarla tanış olun" ("Meet the Buyer") şüarı altında tədbir keçirəcəklər. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcəkdir. İşgüzar proqramla www.caspianoilgas.az vebsaytında ətraflı tanış olmaq mümkündür.
Bu il "Xəzər Neft və Qaz" sərgisi daha parlaq və dolğun keçməyi vəd edir. Təşkilatçılar tərəfindən əlavə proqramlar da planlaşdırılaraq həyata keçirilmişdir, belə ki, Ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə 11 may tarixində sərgi və konfrans iştirakçıları ilə birlikdə Mərkəzi Botanika bağında nadir ağaclar və gül kolları əkilmişdir. Həmçinin, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Bakı Ekspo Mərkəzində yubiley stendi yerləşdirilmişdir və bu stenddə ulu öndərin iştirakı ilə sərginin tarixi məqamları əks etdirilir. Hələ ötən ilki yubileydən etibarən təşkilatçılar neftçi peşəsini seçən ən yaxşı tələbələrə təqaüdlərin verilməsi ənənəsinin əsasını qoymuşlar. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasına ən yüksək balla daxil olan tələbə hər il xüsusi "Xəzər Neft və Qaz" təqaüdünü alacaq. Bakı Ekspo Mərkəzində sərgi iştirakçıları və ziyarətçilər rəssam Sabir Çopuroğlunun neftlə çəkilmiş rəsmləri və elə sərgi zamanı "Azərbaycan - neft diyarı" mövzusunda öz bacarıqlarını nümayiş etdirəcək "Kids Art" rəssamlıq məktəbi yetirmələrinin qalereyası ilə tanış ola biləcəklər. Həmçinin, 20 il ərzində sərgidə iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunacaq.

Sərgiyə həsr olunan nəşrlərdə yubiley "Xəzər Neft və Qaz" sərgisi ilə bağlı materiallar dərc olunacaq. İlk olaraq, sərgi və konfransın rəsmi kataloqları və "Caspian Oil and Gas Daily News" ("Gündəlik xəbərlər") qəzetinin xüsusi buraxılışlarını qeyd etmək lazımdır. Bu qəzet hər gün sərgi və konfransın fəaliyyətini işıqlandıracaq və iştirakçılarla müsahibələri və "Xəzər Neft və Qaz" sərgisinin nəticələrini dərc edəcək. "Xəzər Neft və Qaz" sərgisi ilə bağlı ən son xəbərlər operativ şəkildə www.cog.az və www.oilgasconference.az vebsaytlarında yerləşdiriləcəkdir. Sərgi və konfransın bir çox illər ərzində informasiya tərəfdaşı olan "Caspian Energy International Media Group" şirkəti ilə yanaşı, geniş auditoriyanı "Xəzər Neft və Qaz" sərgisinin tarixi ilə tanış edən "Caspian Energy" jurnalının da xüsusi buraxılışı bu sərgiyə həsr olunacaq. Jurnal həmçinin sərgi və konfransın iştirakçıları arasında paylanılacaqdır. Beləliklə, sərgi və konfransın 20 illik yubileyi ilə bağlı təşkil olunan əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə xüsusi təntənə və bayram abu-havası yaradacaq.

Bu gün haqlı olaraq "Xəzər Neft və Qaz" sərgisi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-aliləri İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab olunur. Təşkilatçılar əmindirlər ki, 20 illik bir müddəti arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaq. Sərginin təşkilatçıları qismində Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" MMC çıxış edirlər. Beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə təşviq edən "ITE Group plc" şirkətinin tərəfdaşları - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR) və "ITE Gulf" (BƏƏ) şirkətləri bu layihə üzərində işə cəlb olunublar. "Iteca Caspian" şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Poynt Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər.

"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Loading Bars
Xəbər lenti
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Bütün xəbərlər