...

Bakıda "TransCaspian" və "Road&Traffic-2013" sərgiləri açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 18:48 (UTC +04:00)
"Iteca Caspian LLC" şirkətinin bu il təşkil etdiyi 11 sərgidə 1200 şirkət, qurum və müəssisə iştirak edib.
Bakıda "TransCaspian" və "Road&Traffic-2013" sərgiləri açılır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

"Iteca Caspian LLC" şirkətinin bu il təşkil etdiyi 11 sərgidə 1200 şirkət, qurum və müəssisə iştirak edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Iteca Caspian LLC" şirkətinin biznesin inkişafı üzrə direktoru Bəhruz Hidayətzadə XII Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və III Xəzər Beynəlxalq "Yol İnfastrukturu və ictimai nəqliyyat" sərgilərinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xeyli sayda iştirakçının olması Azərbaycanda təşkil edilən sərgilərə marağın artmasından xəbər verir. İndiki halda Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və Xəzər Beynəlxalq "Yol İnfastrukturu və ictimai nəqliyyat" sərgiləri istisna təşkil etmir.

Mətbuat konfransında iştirak edən Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov ölkənin iqtisadiyyatında nəqliyyat sektorunun əhəmiyyətini və önəmini qeyd edib.

"TransCaspian и Road&Traffic" sərgisinin meneceri Orxan Məmmədov deyib ki, bu il sərgidə 15 ölkədən 70 şirkət iştirak edir, bununla da ekspozisiyanın sahəsi ötən illə müqayisədə 20 faiz artır.

Sərgi iştirakçılarının təqribən 40 faizi "TransСaspian" sərgisində məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Xarici eksponentlər sərgi iştirakçılarının 50 faizini təşkil edir. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti