...

Bu günə kimi 241,5 km dəmiryol əsaslı təmir olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2013 10:31 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Bu günə kimi 241,5 km dəmiryol əsaslı təmir olunub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün dəmiryolun Hacıqabul-Muğan mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisəsləri həyata keçirir. "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində bu günə kimi 241,5 km yol əsaslı təmir olunub.

Paralel olaraq əsaslı təmir olunmuş mənzillərdə uzunölçülü relslərlə əvəzlənmə prosesi gedir və indiyə kimi 175 km yolda əvəzlənmə işləri başa çatıb.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti