...

Mərkəzi Bank: AİB-in Azərbaycan üzrə yeni strategiyası ölkənin inkişaf konsepsiyasının məqsədlərini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2013 11:56 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev Asiya İnkişaf Bankının (AİB) regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Bank: AİB-in Azərbaycan üzrə yeni strategiyası ölkənin inkişaf konsepsiyasının məqsədlərini dəstəkləyir

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev Asiya İnkişaf Bankının (AİB) regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin müdiri xanım Viki Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə ölkəmizlə AİB arasında "Ölkə tərəfdaşlığı strategiyası" layihəsi, o cümlədən bank sektorunda nağdsız ödənişlər, mikromaliyyələşdirmə və qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

AİB-in Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayan nümayəndə heyətinin üzvləri bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd ediblər.

Öz növbəsində, Mərkəzi Bankın sədr müavini X. Abdullayev "Ölkə tərəfdaşlığı strategiyası" layihəsinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan məsələləri dəstəklədiyini bildirib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə AİB arasında əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, AİB-in yeni strategiyası 2014-2018-ci illəri əhatə edəcək. Bank yeni strategiyası çərçivəsində bərk tullantıların emalı, alternativ və bərpa edilən enerji mənbələrinin yaradılması, dəmiryolu və ictimai nəqliyyatın modernləşdirilməsi kimi yeni sahələrin maliyyələşdirilməsinə başlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti