...

Vitse-prezident: Fransa şirkəti “Azərbaycan Dəmir Yolları”nın sorğularını təmin etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 11:38 (UTC +04:00)
Fransanın “Alstom Transport” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin sorğularını tam şəkildə təmin etməyə hazırdır.
Vitse-prezident: Fransa şirkəti “Azərbaycan Dəmir Yolları”nın sorğularını təmin etməyə hazırdır

Rusiya, Moskva, 12 sentyabr /Trend, müxbir A.Qasımova/

Fransanın "Alstom Transport" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin sorğularını tam şəkildə təmin etməyə hazırdır. Bu barədə Trend-ə açıqlamasında Rusiyanın paytaxtı Moskvada keçirilən IV Beynəlxalq dəmiryolu texnika və texnologiyası sərgisində "Alstom Transport" şirkətinin Rusiya və MDB üzrə böyük vitse-prezidenti Tibo Desterakt bildirib.

"Biz QSC-lə müntəzəm olaraq əlaqə saxlayırıq və Azərbaycanla lokomotivlərə aid böyük planlar var".

Onun sözlərinə görə, Azərbaycan MDB bazarında əməkdaşlıq üzrə prioritet ölkələrdən biridir.
Desterakt bildirib: "Biz hazırda Gəncə şəhərində şəhər nəqliyyatı layihəsi üzrə təklif üzərində işləyirik".

Onun sözlərinə görə, Azərbaycan öz ehtiyacları olan iqtisadi cəhətdən inkişaf etmiş ölkədir və şirkət bu ölkəyə nə təklif etmək üzərində işləyir.

"Alstom Transport" şirkətinin Rusiya və MDB üzrə böyük vitse-prezidenti Tibo Desterakt vurğulayıb ki, o sentyabrın sonunda Azərbaycana səfər etməyi və təkcə dəmiryolu deyil, həm də şəhər nəqliyyatına aid məsələləri yerindəcə həll etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti