...

"TuranBank" prokurorluq işçiləri üçün kredit faizlərində 3 faiz endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 17:24 (UTC +04:00)
17 iyul 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalamışdır.
"TuranBank" prokurorluq işçiləri üçün kredit faizlərində 3 faiz endirim edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

17 iyul 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalamışdır.

TuranBank prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəskin mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində müvəffəqiyyətlər arzulayır.

TuranBank, 1-3 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə porkurorluq işçiləri üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti