...

"AccessBank" kütləvi informasiya vasitələrinin nümayəndələri arasında müsabiqə elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

"AccessBank" peşəkar jurnalistlər arasında "Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu" mövzusunda ən yaxşı material müsabiqəsi keçirir. Azərbaycanın bütün KİV nümayəndələri bu müsabiqədə iştirak edə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, 1 noyabr 2013-cü il tarixindən gec olmayaraq qəzet və jurnallarda çap olunan, internet portallarında dərc edilən, eləcə də televiziya və ya radio vasitəsilə Azərbaycan və rus dillərində yayımlanan materiallar müsabiqəyə qəbul ediləcək. Təqdim olunan işlər bu müsabiqə elan olunmazdan əvvəl dərc olunmamalı, həmçinin yayımlanmamalıdır.

Mükafat fondu:

1-ci yer - 1000 AZN
2-ci yer - 700 AZN
3-cü yer - 500 AZN

Müsabiqə işləri obyektivlik, məlumatın dolğunluğu, şərhin səlisliyi kimi meyarlar əsasında qiymətləndiriləcək. Materiallarin həcmi "Times New Roman", 12 şriftlə 4 səhifədən (A4 formatında) artıq, televiziya və radio süjetlərinin müddəti isə 3 dəqiqədən az olmamalıdır.

Hazırlanan materiallarda onların "AccessBank" tərəfindən keçirilən "Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu" mövzusunda müsabiqə çərçivəsində hazırlandığı mütləq göstərilməlidir.

Bütün materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətini Azərbaycan Korporativ Sosial Məsuliyyət Şəbəkəsinin həmtəsisçisi Əhəd Kazımov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyid-zadə və AccessBank-ın Korporativ Sosial Məsuliyyət üzrə baş mütəxəssisi Kamal Eminov təşkil edəcək.

Müsabiqə materialları [email protected] elektron ünvanına, yaxud Azərbaycan, AZ 1065, Tbilisi prospekti, 3 poçt ünvanına ("İctimaiyyətlə əlaqələr şöbəsinə. Müsabiqə üçün" qeydi ilə) göndərilməlidir. Əlaqə telefonları: +994 12 408 23 47/87; 012 510 10 24; 510 14 03 (daxili nömrə: 115)

Müsabiqə işlərinin təqdim olunması üçün son tarix 5 noyabr 2013-cü ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti