...

Azərbaycanın tikinti korporasiyası 63 milyon dollar dəyərində istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 17:52 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Akkord" Tikinti Sənaye İnvestisiya Korporasiyasının 50 milyon manat məbləğində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın tikinti korporasiyası 63 milyon dollar dəyərində istiqrazlar buraxır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Akkord" Tikinti Sənaye İnvestisiya Korporasiyasının 50 milyon manat məbləğində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 50 min istiqraz buraxılıb.

Korporasiya mənzil tikintisi, infrastruktur, su təchizatı, tikinti materiallarının istehsalı sahəsində layihələr həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti