...

Bu günədək Bakı-Böyük Kəsik dəmir yolunun 300 km-i əsaslı təmir olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 08:56 (UTC +04:00)
Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Bu günədək Bakı-Böyük Kəsik dəmir yolunun 300 km-i əsaslı təmir olunub (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında dəmir yolunun Əlikənd-Ləki mənzilində 300-cü kilometr əsaslı təmir olunub.

Tədbirdə QSC-nin sədr müavini Qurban Nəzirov və müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, ilk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü kilometr isə 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilib.

Eyni zamanda, bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 235 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti