...

Mərkəzi Bank "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 17:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının “Tədqiqatlar və inkişaf mərkəzi” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, magistr və tələbə heyətinin iştirakı ilə “Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə” mövzusunda təqdimat keçirilib.
Mərkəzi Bank "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirib (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının "Tədqiqatlar və inkişaf mərkəzi" və Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, magistr və tələbə heyətinin iştirakı ilə "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" mövzusunda təqdimat keçirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti "Nağdsız hesablaşmalar: beynəlxalq və yerli təcrübə" adlı təqdimatla iştirakçılara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, Mərkəzi Bank tərəfindən bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar, ödəniş sistemlərinin iqtisadiyyatda rolu və nağdsız hesablaşmalar sahəsindəki digər məsələlər haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində növbəti təqdimatların keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti