...

GoMap.az xəritəsində Azərbaycanda ilk dəfə ictimai nəqliyyatda marşrut cızmaq imkanı yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2013 14:52 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq ictimai nəqliyyatdan istifadə etməklə marşrut cızmaq imkanı GoMap.az elektron xəritəsində yaradılıb.
GoMap.az xəritəsində Azərbaycanda ilk dəfə ictimai nəqliyyatda marşrut cızmaq imkanı yaradılıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda ilk dəfə olaraq ictimai nəqliyyatdan istifadə etməklə marşrut cızmaq imkanı GoMap.az elektron xəritəsində yaradılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü SİNAM şirkətinin yayadığı məlumatda deyilir.

İndiyədək Azərbaycanın əks olunduğu bütün elektron xəritələrdə yalnız avtomobil vasitəsilə və ya piyada hərəkət etmək üçün marşrut cızmaq imkanı vardı. Gomap.az-da tətbiq edilən yeni funksional vasitəsilə hər bir istifadəçi A nöqtəsindən B nöqtəsinə hərəkət etmək üçün avtobus və metro kimi ictimai nəqliyyat vasitələrindən istifadə etməklə öz fərdi marşrutunu hazırlaya bilər. Yeni funksionaldan Gomap.az saytının mobil versiyalarında da istifadə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə SINAM şirkəti tərəfindən yaradılan GoMap.az hazırda Azərbaycanı və Gürcüstanı əhatə edir.

GoMap.az elektron xəritəsinə 120 mindən artıq maraq nöqtəsi (POI), 8,4 mindən artıq yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə üzrə ünvan məlumatları, 1 milyondan artıq bina və tikililər, 47 mindən artıq yol və yol qovşaqları (xarakteristikaları və yol hərəkət qaydaları daxil olmaqla) və s. daxildir. Eləcə də GoMap.az xəritəsi üzərində bazada olan 100 000 obyekin foto şəkillərini seyr etmək olar.

Hazırda GoMap.az-dan mobil versiyası vasitəsilə bütün aparıcı platformalarda (Android, İos, Bada, Windows) istifadə etmək mümkündür. 2013-cü ildə GoMap.Az elektron xəritəsinin Android və iOS platformalarında işləyən aplikeyşnları da hazırlanıb və App Stor, Play Market və Google marketdən endirilərək müstəqil proqram kimi işləyirlər.

GoMap.Az xəritəsinin üzərindən yaradılmış bir məhsul kimi Yollar naviqator proqramı da istifadədədir. Smartfonlarda və naviqator cihazlarında (PND) işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti