...

Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 11:16 (UTC +04:00)
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatdı

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gün "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Ağstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin baş direktou Əli Əşrəf Lütfəlibəyov və müvafiq qurumların rəhbərləri iştirak ediblər.

Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilən əsaslı təmir işləri "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri tərəfindən həyata keçirilib.

İlk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü kilometrin əsaslı təmiri 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilib. Eyni zamanda bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 240 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Əsaslı təmir işləri İnfrastruktur Departamenti tərəfindən hazırlanan Bakı-Böyük Kəsik istiqamətində nəzərdə tutulan kilometrlərin əsaslı təmir ardıcıllığı siyahısına uyğun həyata keçirilirdi. Qeyd edək ki, bütün bu müddət ərzində yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti