...

Azərbaycanda valyutaların nağdsız mübadiləsi üzrə hesabatlılığın əhatəliliyi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2014 14:36 (UTC +04:00)
Trend-in məlumatına görə, AMB-nin müvafiq qərarı dekabrın 27-dən qüvvəyə minib.
Azərbaycanda valyutaların nağdsız mübadiləsi üzrə hesabatlılığın əhatəliliyi genişləndirilib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Əliyev/

Valyutaların mübadiləsi üzrə nağdsız əməliyyatlar həyata keçirən bütün obyektlər (Azərbaycan bankları, əcnəbi bankların yerli nümayəndəlikləri, eləcə də poçt şöbələri) Azərbaycan Mərkəzi Bankına (AMB) fəaliyyətlərinin nəticələri haqqında hesabat verməlidirlər. Trend-in məlumatına görə, AMB-nin müvafiq qərarı dekabrın 27-dən qüvvəyə minib.

Sənədə əsasən, toplanmış statistika Mərkəzi Banka pul və valyuta siyasəti aparılması, milli və xarici valyutaya tələbatın öyrənilməsi, mübadilə əməliyyatlarının istiqamətlərinin tam təyin olunması, həmçinin rəsmi məzənnənin dəyişikliyi zamanı xarici valyutada vəsaitlərin təkrar qiymətləndirilməsində yaranan risklərin minimallaşdırılmasına dəstək göstərəcək.

Hesabatlılıq bankdaxili mübadilə əməliyyatlarına ( həmçinin Bloomberg və BEST platformalarında, eləcə də ticarət sistemlərindən kənar keçirilən əməliyyatlara), həm də banklararası valyuta-mübadilə əməliyyatlarına şamil ediləcək.

Bundan başqa, bazar iştirakçıları AMB-nin müəyyən etdiyi açılmış valyuta mövqeyi üzrə limitlərə riayət edilməsi, onlar üzrə kreditlərin və faizlərin ödənilməsi vaxtı mübadilə əməliyyatları, depozitlərin yerləşdirilməsi və aradan qaldırması, nağd vəsaitlərin mübadiləsi, həmçinin valyutalararası məzənnələrdəki fərqdən yaranan gəlir üzrə spekulyativ əməliyyatlar haqqında informasiya verəcəklər.

Hesabatlar ayda bir dəfə hesabat dövrünün sonuna yaxın iki iş günü ərzində elektron formada verilməlidir. Eyni zamanda, tənzimçinin yazılı müraciəti olarsa, hesabatlar gündəlik əsasda təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti