...

"Alstom" şirkəti Azərbaycana 50 yük elektrovozu tədarük edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2014 16:12 (UTC +04:00)
"Alstom" beynəlxalq şirkəti Azərbaycanın dəmir yolları üçün 50 KZ8A yük elektrovozu göndərəcək. Trend-in məlumatına görə, tədarük haqqında müqavilə bazar ertəsi Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində imzalanıb.
"Alstom" şirkəti Azərbaycana 50 yük elektrovozu tədarük edəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Bədəlova/

"Alstom" beynəlxalq şirkəti Azərbaycanın dəmir yolları üçün 50 KZ8A yük elektrovozu göndərəcək. Trend-in məlumatına görə, tədarük haqqında müqavilə bazar ertəsi Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində imzalanıb.

"Alstom" şirkətinin məlumatında deyilir ki, elektrovozlar 2016-cı ildən 2018-ci ilədək "Alstom"un iştirakı ilə birgə müəssisə olan EKZ şirkətində istehsal olunacaq. Müqavilənin ümumi dəyəri 300 milyon avroya yaxındır. "Alstom" şirkətinin müqavilə payı təqribən 150 milyon avro təşkil edəcək.

İmzalanmış sənəd habelə servis deposunun yaradılmasını, texniki dəstəyin və texniki xidmətin təmin olunmasını, müştəri personalının təlimi imkanlarını nəzərdə tutur. Həmin məsələlər yaxın altı ay ərzində müzakirə olunacaq.

Keçirilən forum çərçivəsində "Alstom" habelə "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq sazişi imzalayıb. Sənəd həm yeni xətlər, həm də mövcud parkın mütəmadi olaraq əvəzlənməsi məqsədi ilə müasir metro vaqonlarının hazırlanmasını nəzərdə tutur.

"Alstom" dünyada elektrik enerjisinin istehsalı və ötürülməsi üçün avadanlıqların və dəmir yolu infrastrukturunun istehsalı sahəsində liderdir. Şirkət yüzə yaxın ölkənin bazarında iştirak edir. "Alstom" şirkəti artıq 20 ildir ki, Azərbaycan bazarında da aktiv fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti