...

Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 17:06 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin axınının artması ilə əlaqədar qatarlara əlavə vaqonlar qoşur.
Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin axınının artması ilə əlaqədar qatarlara əlavə vaqonlar qoşur. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, göstərilən istiqamətlərdə sərnişin axınının pik həddi istirahət günlərinə təsadüf edir və buna görə də qatarlara əlavə vaqonlar qoşulması zərurəti yaranır: "Bu istiqamətdən xeyli sərnişin istifadə edir və istirahət günləri sərnişin axınının artması müşahidə olunur. Çoxlu sayda sərnişinin daşınmasını təmin etmək üçün Bakı-Tbilisi-Bakı marşrutunda çalışan qatarlara əlavə vaqonlar qoşulur".

Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarının xəttə buraxılmasına dair suala cavab verən N.Əzməmmədov qeyd edib ki, müvafiq qərar adətən turizm şirkətlərinin müraciətləri əsasında qəbul edilir ki, bu da sərnişin axını ilə müəyyən edilir.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, hələlik bu məsələ ilə bağlı müraciətlər daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti