...

Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddinin 28 günə qədər artırılması təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2014 15:26 (UTC +04:00)
Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddinin 7 gün artırılması təklif edilir. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub.
Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddinin 28 günə qədər artırılması təklif edilir

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddinin 7 gün artırılması təklif edilir. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd olunub.

Sazişdə vurğulanıb ki, ödənişli əsas məzuniyyəti 21 təqvim günü olan işçilərin əsas məzuniyyətinin aşağı həddini 28 təqvim günü müəyyən edən Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq üçün səy göstərilməlidir.

Bundan başqa sənəddə qeyd olunub ki, uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək və sığorta stajına daxil edilməsi üçün birgə müzakirələr aparılmalı, tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməlidir.

Baş Sazişdə daha sonra bildirilir ki, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatlar davam etdirilməli, işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarət gücləndirilməli, Beynəlxalq Əmək Təşkilatının "Sosial təminat (minimum normalar) haqqında" 102 nömrəli və "Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinət haqqında" 128 nömrəli konvensiyalarının ratifikasiya edilməsi imkanlarının araşdırılmalıdır.

Sənəddə vurğulanıb ki, icbari tibbi sığortanın tətbiqinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməli, işsizlik müavinəti aldığı dövrdə vəfat edən şəxsə dəfn müavinətinin verilməsi məsələsinə baxılmalı, müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməli, təhlükə mənbəyinə malik olan müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar olaraq, sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti