...

KATV1 kabel televiziyasından yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 14:35 (UTC +04:00)
KATV1 kabel televiziyasında kanal sayının artırılması və yayımın keyfiyyətinin yüksəldilməsi məqsədilə təkmilləşdirmə tədbirləri həyata keçirilir.
KATV1 kabel televiziyasından yenilik

Azərbaycan, Bakı, 7 avqust /Trend/

KATV1 kabel televiziyasında kanal sayının artırılması və yayımın keyfiyyətinin yüksəldilməsi məqsədilə təkmilləşdirmə tədbirləri həyata keçirilir. Planlaşdırılmış tədbirlər çərçivəsində avqustun 10-dan 11-ə keçən gecə saat 01:00-dan 09:00-dək yayımda fasilələr yaranacaq. Bu səbəbdən abunəçilərin istifadəsində olan teleqəbuledici yayım siqnalını qəbul etməyə bilər. Yayımı təkrar düzqün şəkildə qəbul etmək üçün, 11 avqust 09:00-dan etibarən teleqəbuledicidə avtoaxtarış əməliyyatını həyata keçirmək lazımdır. KATV1 kabel televiziyası abunəçilərə yeni kanallarını və yayımın keyfiyyətini təqdim edir. Abunəçiləri irəlidə daha çox yeniliklər gözləyir. Xoş seyirlər arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti