...

Azərbaycan Beynəlxalq Bankı bankomat şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2014 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-avqust aylarında ölkənin 35 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırılıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu, ölkə bankları tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 64 faizini təşkil edir. Hazırda ABB-nin bankomatlarının sayı 725 ədəddir ki, bu da ölkə üzrə bankomatların ümumi sayının 29,2 faizinə bərabərdir.

Qeyd olunan müddət ərzində bank, həmçinin 2448 ticarət və xidmət müəssisəsində POS-terminallar quraşdırmaqla, bu tip cihazların sayını 7399 ədədə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti